Məşqçi özü üçün üzüldü, tələbəsi üçün sevindi – “Aslanım...”
Bizi izləyin

İdman

Məşqçi özü üçün üzüldü, tələbəsi üçün sevindi – “Aslanım...”

Serbiyada kikboksinq üzrə dünya çempionatı keçirilir. Azərbaycan millisi də yarışlarda iştirak edir. Dünya çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri də kikboksçu Elnur Əliyev idi. O, ölkəmizi 84 kq çəki dərəcəsində təmsil edirdi. Bu mötəbər turnirdə onun həm də tələbəsi Elşad Ələsgərov çıxış edib.

Publika.az xəbər verir ki, 2 qat dünya çempionu özü bu yarışda uğur qazanmasa da tələbəsi, 54 kq çəki dərəcəsində mübarizə aparan E.Ələsgərov yarımfinal mərhələsinə vəsiqə qazanıb. Onun yarımfinala gedən yolda rəqibi polşalı idmançı olub.

İdmançı sosial şəbəkə hesabında qələbəsini belə qeyd edib:

"Allah heç bir əziyyəti bəhrəsiz qoymur. Bugünkü qələbəm və yarımfinaldayam".

Bu barədə idmançımızın məşqçisi 2 qat dünya çempionu Elnur Əliyev isə belə açıqlama verib:

“Təəssüf ki, mən uduzdum. Döyüş zamanı barmağım çatlayıb. Amma sevinirəm ki, tələbəm yarımfinaldadır”.

Məşqçi sosial şəbəkədə yarışdan şəkillər paylaşaraq “Aslanım yarımfinalda...” sözlərini yazıb.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Elşad Ələsgərov Ağsu İdman klubunu təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm