Bütün dünya “Qarabağ”la oynayacaq – ÖZƏL
Bizi izləyin

İdman

Bütün dünya “Qarabağ”la oynayacaq – ÖZƏL

Azərbaycan çempionu “Qarabağ”ın dünyanın ən tanınmış oyun və texnologiyalar şirkətlərindən biri olan KONAMI ilə əməkdaşlığı davam edir.

Publika.az xəbər verir ki, Ağdam klubu Yaponiya firmasının istehsalı olan “Pro Evolution Soccer” oyunun 2015/16 mövsümü üçün hazırlanmış PES-2016 versiyasına əlavə edilib.

Artıq PES-2016 istifadəçiləri dünəndən “Qarabağ”ı seçməklə bu oyundan daha çox həzz almaq imkanına sahibdirlər. Təmsilçimizin olduğu yeniləməni oyuna əlavə etmək isə çox sadədir. Belə ki, sumilyatorun orijinalını istifadə edənlər oyuna daxil olarkən avtomatik yeniləmədən xəbər tutacaqlar. PES 2016-nın orijinal olmayan versiyasını istifadə edənlər isə həvəskar oyun saytlarından yükləmə paketini pulsuz əldə edə bilərlər.

Qeyd edək ki, yeniləmə paketi ilə oyuna Türkiyədən də bir klub əlavə edilib. Bu, Azərbaycanda da kifayət qədər azarkeşi olan “Qalatasaray”dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm