5 qat dünya çempionumuz Serbiyada ermənini döydü, “Hər şey Vətən üçün!” dedi - VİDEO
Bizi izləyin

İdman

5 qat dünya çempionumuz Serbiyada ermənini döydü, “Hər şey Vətən üçün!” dedi - VİDEO

Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatı davam edir. Mötəbər turnirdə iştirak edən kikboksçularımız uğurlu çıxışları ilə yadda qalıblar. Döyüşçülərimiz artıq dünya çempionatından 7 medalı təmin ediblər. Belə ki, bu, oktyabrın 29-30-da keçirilmiş yarımfinal görüşlərindən sonra məlum olub.

Milli komandamızın üzvlərindən Çingiz Əhmədzadə (51 kq) rusiyalı Anton Salçaka 1:2, Ramiz Məmmədov (54 kq) mərakeşli İssam Buqadirə 0:3, Zöhrab Qədimov (60 kq) rusiyalı Artyom Jiqaylova 1:2 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

Əvəzində Ramal Aslanov (71 kq) serbiyalı Aleksandr Topiçi 3:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Şamil Həsənbəyov olacaq. Bu idmançılar dünya çempionatında “Lou-kik” üslubunda döyüşüblər.

Adını finala yazdıranlar sırasında K-1 üslubunda döyüşən Anar Məmmədovla (51 kq) Elşad İsgəndərov (54 kq), eləcə də kik-layk üslubunda çıxış edən Ehram Məcidov (+94 kq) da olub.

7 idmançı arasında ən ağır çəkidə döyüşən Ehram Məcidov yarımfinalda erməni əsilli Ukrayna idmançısı Sergey Ovsepyana heç bir şans verməyib. O rəqibini 3:0 hesabı ilə məğlub edib. Məcidovun son rəqibi polşalı Mixal Blavceviç olacaq.

Ehram Məcidov erməni əsilli idmançını məğlub etməsi ilə bağlı belə açıqlama verib:

“Serbiyanın paytaxtı Belqrad şəhərində kiqboksinqin WAKO üzrə Dünya çempionatının yarımfinal döyüşündə Ukraynalı əslən erməni idmançısı Sergey Ovsepyana göz açmağa macal vermədim. Bütün gücümlə birinci raundda döyüşə atıldım və vaxtından əvvəl nokautla rəqibin üzərində qələbə qazandım. Nəticədə dünya çempionatının finalına vəsiqə qazandım. Mənimlə bərabər 3 idmançı qardaşlarım da finala vəsiqə qazandılar, Ramal Aslanov, Elşad Ələsgərov və Anar Məmmədov. Finalda Polşa idmançısı ilə qarşılaşacağam. Allahın izni ilə və sizin dualarınızla qələbə qazanarıq. Zədələrimin ağrılarına baxmayaraq yalnız irəli... Hər şey Vətən üçün!”

Qeyd edək ki, final görüşləri bu gün olacaq. Nəticədən asılı olmayaraq, həlledici qarşılaşmada iştirak hüququ qazanmış kikboksçular ən azı gümüş medal əldə edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm