İdmançılarımız finala yüksəldilər
Bizi izləyin

İdman

İdmançılarımız finala yüksəldilər

Batut gimnastikası və tamblinq üzrə bu ilin son Dünya Kuboku mərhələsi başa çatıb. Yarış Portuqaliyanın Lole şəhərində keçirilib.

Publika.az xəbər verir ki, beynəlxalq turnirdə ümumilikdə 150-yə yaxın idmançı iştirak edib. Dünya kubokunda Azərbaycan batut gimnastikası üzrə yarışlarda həm kişi, həm də qadınlar arasında fərdi və sinxron çıxışlarda təmsil olunub.

Ən yaxşı nəticəni İlya Qrişunun göstərib. O, kişilər arasında fərdi çıxışlar üzrə finalda "bürünc"ün bir addımlığında dayanıb. Svetlana Makştarova isə qadınların yarışlarında finalçılar "8-liy"ini qapayıb.

Azərbaycanın kişi və qadın cütlüyü sinxron çıxışların finalında iştirak edib. Nəticədə İlya Qrişunin və Oleq Piunovdan ibarət kişi cütlüyü 6-cı, qadın cütlüyü – Svetlana Makştarova və Sabina Zaytseva isə 7-ci yerdə qərarlaşıb.

Dünya Kuboku ilə paralel olaraq, Loledə beynəlxalq turnir də keçirilib. Burada gimnast Dmitri Fedorovski ikili mini-batut üzərində yarışlarda bürünc medal qazanıb.

Qeyd edək ki, bu, batutçu və tamblinqçilərin 26-29 noyabrda Danimarkanın Odense şəhərində keçiriləcək dünya çempionatı öncəsi son turniri idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm