26 illik həsrət bitdi - Argentinanın ən güclüsü məlumdur
Bizi izləyin

İdman

26 illik həsrət bitdi - Argentinanın ən güclüsü məlumdur

Avropanın aparıcı çempionatlarında mövsüm yarılanmamış iki ölkədə qalib müəyyənləşib.

Publika.az xəbər verir ki, İsveçdə son, Argentinada isə sona bir tur qalmış çempionun adına aydınlıq gəlib.

İsveç çempionatının 30-cu turunda "Norrçöpinq” səfərdə “Malmö”nü 2:0 hesabı ilə məğlub etməklə qızıl medallara sahib olub. "Norrçöpinq” sayca 13-cü çempinluğunu yaşayıb. Komanda son dəfə 1989-cu ildə çempionluq kubokunu başı üzərinə qaldırıb.

Argentinada isə çempionatın başa çatmasına bir tur qalmış “Boka Xuniors” çempionluğu təmin edib. Karlos Tevesin də şərəfini qoruduğu komanda 29-cu turda “Tiqre”yə qalib gəlib - 1:0.

Bu qələbədən sonra “Boka” ikinci pillədə qərarlaşan “San-Lorenso” ilə xal fərqini altıya çatdıraraq, rəqibi üçün əlçatmaz olub. “Boka Xuniors” 31-ci dəfə Argentina çempionu olub.

Karlos Teves Argentina çempionatında keçirdiyi 12 oyunda 5 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm