İdman
Millimizin baş məşqçisi: “Zədələr olmasaydı...”
Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış və qazanacaq idmançılardan danışıb.
Publika.az-a açıqlama verən böyük məşqçi növbəti yarışlarda lisenziyaların sayının artacağını deyib:
“Bilirsiniz ki, bu yaxınlarda Dohada keçirilən dünya çempionatında Elvin Məmişzadə (52 kq) qızıl, Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqadir Abdullayev (91 kq) bürünc medal qazandı. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan bu turnirdə şəxsən məni yaxşı tərəfdən təəccübləndirən idmançılarımız oldu. Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçularımızın sayı dünya çempionatında iştirakdan sonra 3-ə çatıb. Bu da çox sevindirici haldır. Təbii ki, zədələr olmasaydı, lisenziyaların sayı da çox olardı. Olimpiya mükafatçımız Məhəmmədrəsul Məcidov (+91 kq) da lisenziya təmin edə bilərdi. Lakin Məcidov və Xaybulla Musalov (75 kq) zədə səbəbindən dünya çempionatında iştirak edə bilmədilər.
Digər olimpiya mükafatçımız Teymur Məmmədovun (81 kq) ilk görüşdə məğlub olması gözlənilməz oldu. Amma inanıram ki, qarşıdakı yarışlarda o da öz sözünü deyib lisenziyanı təmin edəcək.
O ki, qaldı lisenziyanı təmin edənlərə, Elvin Məmişzadə sürətli döyüşür, universal boksçudur. O, həm qızıl medal qazandı, həm lisenziyanı təmin etdi, həm də Azərbaycanın boks üzrə dördüncü dünya çempionu kimi tanındı. Albert Səlimov da güclü idmançımızdır. O da qızıl medal qazana bilərdi. Amma finalda ilk raundda zədələndi – alnı yaralandı və qanaxma oldu. Hakimlərin birgə rəyi ilə rəqib - kubalı boksçu qalib elan edildi. Düşünürəm ki, həm üstün idik, həm də qələbə bizə verilməli idi. Müəyyən anlaşılmazlıqlar oldu. Amma şükür ki, lisenziyanı o da təmin etdi. Pərviz Bağırov da bizim yaxşı idmançılarımızdandır. Texnikası güclü idmançıdır. Bürünc medalı təmin etmişdi və növbəti lisenziya məhz onun sayəsində qazanıldı. Ümid edirəm lisenziyaların sayını daha da artıracağıq. Qarşıda bizi yarışlar gözləyir”.
Xatırladaq ki, Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatında komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Ancaq idmançılarımız Riodakı olimpiadaya hələ ki, 3 vəsiqə qazanıblar.
Aygün İlqarqızı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK