“Kralın uşaqları”yla “Şeyxin dəstəsi” üz-üzə
Bizi izləyin

İdman

“Kralın uşaqları”yla “Şeyxin dəstəsi” üz-üzə

Nəhayət ki, iki həftəlik aradan sonra Çempionlar Liqasının ikinci dövrəsi start götürür.

Publika.az xəbər verir ki, bu gün 4 qrupda 8 oyun keçiriləcək. Bu oyunların nəticəsindən asılı olaraq ilk 1/8 finalçının da adını öyrənə bilərik.

Azərbaycanda da xeyli azarkeşi olan "Qalatasaray" Portuqaliyada "Benfika"nın qonağı olacaq. Hazırda qrupda 3-cü pillədə qərarlaşan İstanbul təmsilçisi mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Məğlub olacağı təqdirdə "Sarı-qırmızılar" işlərini daha da çətinə salacaqlar. C qrupunun digər oyununda isə İspaniya "Atletiko"su Qazaxıstanın "Astana" klubunun qonağı olacaq.

Gecənin mərkəzi görüşü İspaniyada keçiriləcək. "Real" doğma azarkeşlər önündə PSJ-ni qəbul edəcək. Başqa sözlə, iki həftə əvvəl “sülh”lə ayrılan “Kralın uşaqları”yla “Şeyxin dəstəsi” bu dəfə çətin ki, sakit dursun. Qrupun favorit komandaları hazırda liderlik mövqeyi uğrunda mübarizə aparırlar. A qrupunun digər görüşünda isə Ukrayna "Şaxtyor"u ilə İsveç "Malmö"sü qarşılaşacaq.

Çempionlar Liqası. Qrup mərhələsi, 4-cü tur

A qrupu

23:45 Real (İspaniya) - PSJ (Fransa)

23:45 Şaxtyor (Ukrayna) - Malmö (İsveç)

Real, PSJ – 7, Malmö – 3, Şaxtyor – 0.

B qrupu

23:45 Mançester Y (İngiltərə) - MOİK (Rusiya)

23:45 PSV (Hollandiya) - Volfsburq (Almaniya)

Volfsburq – 6, Mançester Y, MOİK – 4, PSV – 0.

C qrupu

19:00 Astana (Qazaxıstan) - Atletiko (İspaniya)

23:45 Benfika (Portuqaliya) - Qalatasaray (Türkiyə)

Benfika, Atletiko – 6, Qalatasaray – 4, Astana – 1.

D qrupu

23:45 Borussiya M (Almaniya) - Yuventus (İtaliya)

23:45 Sevilya (İspaniya) - Mançester S (İngiltərə)

Yuventus – 7, Mançester S – 6, Sevilya – 3, Borussiya M – 1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm