“Qəbələ” bu gün Almaniyaya yollanır
Bizi izləyin

İdman

“Qəbələ” bu gün Almaniyaya yollanır

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarına start verib.

Publika.az xəbər verir ki, Premyer Liqanın 11-ci turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən oyunundan sonra məşqlərinə fasilə verməyən “Qırmızı-qaralar” dünən səhər hazırlıq keçib. Son görüşdə iştirak edənlər fiziki hazırlıqla kifayətlənibsə, digər oyunçular topla məşq edib.

Bu gün komandamız Qəbələ şəhər stadionunda növbəti məşqini gerçəkləşdirəcək. Günorta saatlarında isə komandamız Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq də noyabrın 4-də rəqibin stadionunda baş tutacaq.

Xatırladaq ki, qrupda ikinci səfər oyununa çıxacaq komandamızın “Borussiya” ilə noyabrın 5-də baş tutacaq qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Avropa Liqası. Qrup mərhələsi, 4-cü tur

5 noyabr

C qrupu

22:00 Borussiya D (Almaniya) - Qəbələ

Baş hakim: Sebastyan Delferier (Belçika)

Baş hakimin köməkçiləri: İv de Neve, Rien Vanizere (hər ikisi Belçika)

Əlavə köməkçi hakimlər: Conatan Lardot, Erik Lambrexts (hər ikisi Belçika)

Dördüncü hakim: Stiyn Hutsebot (Belçika)

UEFA nümayəndəsi: George Koumas (Kipr)

Hakim-inspektor: Xuan Fernandes Marin (İspaniya)

Dortmund. BVB stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm