Bakıda İHİF-nın İcraiyyə Komitəsinin iclası keçirilir
Bizi izləyin

İdman

Bakıda İHİF-nın İcraiyyə Komitəsinin iclası keçirilir

Noyabrın 3-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin iclası işə başlayıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, iclasda İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edirlər.

Tədbirdə Əlaqələndirmə Komissiyasının növbəti iclasının tarixi, görüləcək işlər müzakirə olunur. Həmçinin Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı fikir mübadiləsi aparılır.

Noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyası keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm