Fransızlar bu axşam Bakıda olacaq
Bizi izləyin

İdman

Fransızlar bu axşam Bakıda olacaq

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" klubu bu gün Bakıya gələcək.

Publika.az xəbər verir ki, Fransa təmsilçisinin saat 22:00 radələrində paytaxtda olacağı gözlənilir. Artıq rəqib komandanın məskunlaşacağı otel də müəyyənləşib. Qonaqlar "Four Seasons" otelində qalacaq.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Qarabağ" - "Monako" qarşılaşması saat 20:00-da start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm