Ramazan Abbasov da o “kitab”a düşdü
Bizi izləyin

İdman

Ramazan Abbasov da o “kitab”a düşdü

Premyer Liqanın 11-ci turu “Rəvan”ın kapitanı Ramazan Abbasov üçün əlamətdar olub.

Publika.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Yarımmüdafiəçi yubileyini “Xəzər Lənkəran”la qarşılaşmasında qeyd edib.

2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudur.

Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudur. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm