Təyyarədə xuliqanlıq - Stüardessanı vurdular
Bizi izləyin

İdman

Təyyarədə xuliqanlıq - Stüardessanı vurdular

“Portu” azarkeşlərini “Makkabi” ilə oyuna aparan təyyarə qəza enişi edib. Buna səbəb azarkeşlərdən birinin qeyri-etik hərəkəti olub.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək oyuna gedən azarkeşlərdən bir neçəsi təyyarədə xuliqanlıq edib. Onlardan biri hətta stüardessanı da vurub.

Vəziyyətin ciddi olduğunu görən heyət Romada qəza enişi etmək məcburiyyətində qalıb. Xuliqanlıq edən 4 azarkeş həbs olunub. Bundan sonra təyyarə Romadan İstanbula yola düşüb.

Qeyd edək ki, “Makkabi”- “Portu” görüşü noyabrın 4-də Hayfada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm