• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

“Formula-1” ilə bağlı seminar keçirildi

“Formula-1” ilə bağlı seminar keçirildi

“Gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Prisinin keçiriləcəyi dəqiq tarix məlum olub.

Publika.az xəbər verir ki, yarışma gələn il iyun ayının 19-da baş tutacaq”.

Bunu jurnalistlərlə görüşündə Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Pri yarışlarını təşkil edəcək “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bu yarışma futbol üzrə dünya çempionatı və olimpiya oyunlarından sonra üçüncü ən ciddi idman tədbiridir: “Formula-1” Avropa Qran-Pri yarışları dünyanın 187 ölkəsində yayımlanır, 500 milyondan artıq auditoriyası var”.

Paytaxtın mərkəzi küçələrində baş tutacaq yarışmanın ölkəmizin qarşısında böyük imkanlar açacağını deyən N.Arpadarai bildirib ki, bu tədbir ölkəmizə turist axınını gücləndirəcək:

“Bakı şəhərinin yolları “Trasslar qrupu”na aid olduğu üçün bu tədbir şəhərin mərkəzi küçələrində təşkil ediləcək. “Formula-1”-ə hazırlıq çərçivəsində yollarda təmir işləri aparılacaq, yol örtükləri yenilənəcək. Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq. “Hökumət evi”nin qarşısında “Formula-1” şəhərciyi tikiləcək. Tamaşaçı tribunaları gecələr qurulacaq ki, əhalinin gediş-gəlişinə mane olmasın. Tikinti işləri gələn il aparılacaq və bu zaman hava şəraiti nəzərə alınacaq. Bu mötəbər idman tədbiri ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi növbəti ciddi uğurlardan biri olacaq”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>