İdman
İslam Həmrəylik Oyunlarının keçiriləcəyi DƏQİQ TARİX
2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə bildirib ki, ötən gün İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil ediməsi müəyyən olunub.
İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında məlumat verilib. Bildirilib ki, IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək.
Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və s. idman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO