Uğursuz məşqçiyə 50 milyon avro təklif olundu
Bizi izləyin

İdman

Uğursuz məşqçiyə 50 milyon avro təklif olundu

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Monako” “Çelsi”nin baş məşqçisi Joze Mourinyo üçün fantastik təklif irəli sürüb.

Publika.az xəbər verir ki, “Monako” portuqaliyalı mütəxəssisin müqaviləsini almaq üçün “Çelsi”yə 50 milyon avro təklif edib. Bu barədə məlumatı klubun səhmdarı Alessandro Proto verib. O, bu məsələ ilə bağlı “Çelsi”nin sahibi Roman Abramoviçlə görüşüb:

“Biz məşqçini elə indi almaq üçün 50 milyon avro təklif etdik. Ancaq bizdən 100 milyon avro istədilər. Bu isə olduqca böyük məbləğdi. “Monako” bu qədər pul təklif edə bilməz”.

Proto bildirib ki, Mourinyo üçün tələb olunan vəsaiti ödəyə biləcək investor axtarışına başlayıblar. O, portuqaliyalının dünyanın ən yaxşı məşqçisi olduğunu deyib.

Xatırladaq ki, hazırda Mourinyonun rəhbərlik etdiyi “Çelsi” tarixində ən pis mövsümlərindən birini keçirir. Premyer Liqada 11 turdan sonra 11 xalla 15-ci pillədə yer alan “Zadəganlar”ın Çempionlar Liqasında da vəziyyəti ürəkaçan deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm