“Real”a ağır zərbə: Benzema həbs edildi
Bizi izləyin

İdman

“Real”a ağır zərbə: Benzema həbs edildi

“Real”ın fransız futbolçusu Kərim Benzema həbs olunub.

Publika.az xəbər verir ki, Benzema Fransa millisinin və "Lion"un futbolçusu Matye Valbuenanı şantaj etməkdə şübhəli bilinir. Şantajçılar Valbuenadan pul tələb ediblər. Onlar bildiriblər ki, əks təqdirdə, futbolçunun özəl məzmunlu videogörüntüsünü yayacaqlar.

Polisin əldə etdiyi məlumatda pulun ödənilməsi ilə bağlı telefon danışıqlarında Kərim Benzemanın da adı hallanır. Bir müddət əvvəl polis daha bir fransız futbolçu Sisseni də bu məsələ ilə bağlı dindirib. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm