Reytinq açıqlandı – 2 taekvondoçumuz lisenziyanın 1 addımlığında
Bizi izləyin

İdman

Reytinq açıqlandı – 2 taekvondoçumuz lisenziyanın 1 addımlığında

Ümumdünya Taekvondo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, Rio-2016-ya 9 ay qalmış açıqlanan siyahıda Azərbaycan millisinin 2 taekvondoçusu lisenziyanın bir addımlığındadır.

Belə ki, idmançılar qaydalara əsasən yarışlarda, xüsusilə də Qran-prilərdə topladıqları reytinq xalına görə Braziliyaya bilet sifariş vermək hüququna malikdir. Bunun üçün siyahıda ilk “16-lıq”da olmaq vacibdir.

Noyabr üçün açıqlanan cədvəldə bir neçə Azərbaycan taekvondoçusu yer alsa da, onlardan Radik İsayevlə (+80 kq) Fəridə Əzizova (67 kq) daha şanslıdır. Təmsilçilərimiz müvafiq olaraq, 3-cü və 12-ci pillədədir. Onlar digər lisenziya yarışlarında uğur qazanmayacaqları halda belə, reytinq cədvəli sayəsində bu istəklərini rəsmiləşdirə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm