Türkiyə futbol tarixində bir ilk: hakim girov götürüldü
Bizi izləyin

İdman

Türkiyə futbol tarixində bir ilk: hakim girov götürüldü

Türkiyə futbol tarixində bu günədək müşahidə olunmayan bir hadisə yaşanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Futbol Federasiyası tərəfindən “Trabzonspor” klubunun rəhbərliyinə ağır cəza verilib. Buna səbəb kimi klub rəhbərliyinin Türkiyə Superliqasında “Trabzon”-“Qaziantepspor” arasında oynanılan qarşılaşmadan sonra hakimi soyunma otağında bir neçə saat kilidləyərək girov götürməsi göstərilir. Məlum olub ki, klub prezidenti hakimi rəqib qapısına penalti təyin etmədiyi üçün analoji üsulla cəzalandırıb.

Belə ki, Peşəkar Futbol İntizam Komitəsi Türkiyə Futbol Federasiyasının vitse-prezidenti İbrahim Ustanı 1 il 6 aylıq fəaliyyətindən kənarlaşdırıb. Hakimə qarşı təhqir və idmana yaraşmayan hərəkətlərinə görə “Trabzonspor” klubunun prezidenti İbrahim Hacıosmanoğlu da 150 min lirə cərimə ilə yanaşı, 280 gün tutduğu fəaliyyətdən məhrum edilib.

“Qırmızı-mavilər” isə iki oyun azarkeşsiz oynamaq, klubun daha 8 üzvü və idman direktoru Süleyman Hurma da məhrumiyyət cəzasına məruz qalıb. Sonuncu 21 gün məhrumiyyət və 25 min lirə ziyana düşüb. Ayrıca kluba 60 min lirə də pul cəzası tətbiq edilib.

Bütövlükdə “Qara dəniz” təmsilçisinə tətbiq edilən pul cəriməsinin sayı 2 milyon 45 min lirə təşkil edib. Yerli mətbuat isə baş verənləri Türkiyə futbolu tarixində ən ağır cəzalardan biri kimi qələmə verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm