“Qarabağ”-"Monako" oyunu başa çatdı - 1:1
Bizi izləyin

İdman

“Qarabağ”-"Monako" oyunu başa çatdı - 1:1

Avropa Liqasının qrup mərhələsi 4-cü turu çərçivəsində "Qarabağ" növbəti oyununa çıxır.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Monako” ilə qarşılaşır. Ardıcıl ikinci dəfə qrup mərhələsində çıxış edən ağdamlılar 1/16 finala iddialarını davam etdirmək üçün doğma azarkeşləri önündə 3 xal qazanmalıdır.

Bu görüşdə qazanılacaq qələbə çempionumuzu hətta qrup liderliyinə də daşıya bilər. Bunun üçün qrupun digər matçında bərabərlik qeydə alınmalıdır. İstənilən halda, qələbə “Qarabağ”ı ən az 2-ci pilləyə çıxaracaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi rumıniyalı Kristian Balaydır. "Qarabağ"ın heyətində Reynaldo zədə səbəbindən iştirak etmir.

Avropa Liqası. Qrup mərhələsi, 4-cü tur

5 noyabr

J qrupu

Qarabağ (Azərbaycan) - Monako (Fransa) 1:1

Armenteros, 39 - İvan Kavalyero, 72.

Baş hakim: Pavel Kristian Balay

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

X X X

"Qarabağ" Samuel Armenterosun 39-cu dəqiqədə vurduğu qolla 1:0 irəlidədir.

Hazırda sonuncu pillədə olan Azərbaycan çempionu qələbə sayəsində qrup lideri də ola bilər. Bunun üçün “Tottehnem” – “Anderlext” matçında bərabərlik qeydə alınmalıdır.

X X X

"Qarabağ" 72-ci dəqiqədə üstünlüyü əldən verir. Qonaq komandanın heyətində İvan Kavaleyro fərqlənir 1-1. Oyun bu hesabla başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm