"Qəbələ" Almaniyadan xalsız qayıdır - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qəbələ" Almaniyadan xalsız qayıdır - YENİLƏNDİ

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşır. Adlı-sanlı rəqiblə görüşdə sensasiya etmək iddiasında olan “Qırmızı-qaralar” qrupda ilk səfər xalını qazanmağa çalışacaq.

Publika.az xəbər verir ki, təmsilçimiz oyuna ciddi itki ilə çıxıb. Qapıçı Dmitri Bezotosnı zədəli olduğundan komandasına kömək edə bilmir.

Demək olar ki, böyük ölçüdə növbəti mərhələni təmin edən Almaniya klubu "Qırmızı-qaralar"la görüşdən məğlub ayrılarsa, Roman Qriqorçukun komandası mövqeyini bir qədər yaxşılaşdıra bilər. "Qəbələ" növbəti oyununu səfərdə Yunanıstan PAOK-una qarşı keçirəcəyindən Almaniyada qazanılan xal komanda üçün əlavə motivasiya olacaq.

Baş məşqçi Roman Qriqorçukun yetirmələri qrupda ilk qələbələrini qazanmaları halında növbəti mərhələyə yüksəlmək üçün şans əldə edəcəklər. Bərabərlik halında isə digər görüşdə də rəqib komandaların xalları yarı bölmələri sərfəli olacaq.

Almaniyadakı mümkün məğlubiyyət növbəti mərhələ şanslarının minimuma enməsinə səbəb olacaq.

Avropa Liqası. Qrup mərhələsi, 4-cü tur

5 noyabr

C qrupu

Borussiya (Dortmund, Almaniya) - Qəbələ (Azərbaycan) 4:0

Roys, 28. Obameyanq, 45. Zenyov, 67-avtoqol. Mxitaryan, 70.

Baş hakim: Sebastyan Delferier

Dortmund. BVB stadionu

X X X

Oyunun 28-ci dəqiqəsində hesab açılır. Ev sahibinin heyətində Marko Roys fərqlənir - 1:0 Rəqib komandanın futbolçusu Obameyanq 45-ci dəqiqədə hesabı 2:0 edir. Oyunun 66-cı dəqiqəsində avtoqol qeydə alınır. "Qəbələ"nin futbolçusu Zenyov topu öz qapısına vurur. 79-cu dəqiqədə isə Mxitaryan hesabı 4:0 edir.Oyun bu hesabla başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm