Millimiz 10 pillə gerilədi
Bizi izləyin

İdman

Millimiz 10 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisi 105-ci pillədəki mövqeyini itirib. Belə ki, yığmamız 10 pillə geriləyərək 293 xalla 115-ci pillədə qərarlaşıb. Millimizin geriləməsinə səbəb AÇ-2016-nın seçmə mərhələsində İtaliya (1:3) və Bolqarıstanla (0:2) keçirilən qarşılaşmalarda məğlub olmasıdır.

Siyahıya 1440 xalla Belçika millisi başçılıq edir. Son dünya çempionu Almaniya 2-ci, mundialın finalçısı Argentina isə 3-cü pillədədir.

Millimiz və "qonşular"ı

110 (126). Mərkəzi Afrika Respublikası - 302

111 (110). Gürcüstan - 301

112 (115). Aruba - 299

113 (105). Liviya - 297

114 (108). Efiopiya - 294

115 (105). Azərbaycan - 293

115 (123). Bəhreyn - 293

117 (118). Beliz - 292

118 (127). Madaqaskar - 290

118 (126). Namibiya - 290

120 (129). KXDR - 288

İlk onluq

1 (3). Belçika - 1440

2 (2). Almaniya - 1388

3 (1). Argentina - 1383

4 (4). Portuqaliya - 1364

5 (9). Çili - 1288

6 (6). İspaniya - 1287

7 (5). Kolumbiya - 1233

8 (7). Braziliya - 1208

9 (10). İngiltərə - 1179

10 (11). Avstriya - 1130

Oxumağa davam et
Reklam
Reklam

Gündəm