Rus azarkeş Türkiyədə bıçaqlandı
Bizi izləyin

İdman

Rus azarkeş Türkiyədə bıçaqlandı

Türkiyənin İstanbul şəhərində bu gecə keçiriləcək "Beşiktaş" və "Lokomotiv" komandaları arasındakı görüşü izləməyə gələn rusiyalı turist bıçaqlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rusiyalı 2 turistlə türkiyəli qrup arasında dava düşüb.

Nəticədə turistlərdən biri ayağından və başından bıçaqlanıb. Xəsarət alan azarkeş təcili xəstəxanaya çatdırılıb.

Polis gələnədək davada iştirak edən yerli qrup hadisə yerindən qaçıb. Yaralanan turistin "Lokomotiv" azarkeşi olduğu bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm