• USD 1,7000 0,00% EUR 1,9474 -0,49%
    • GBP 2,2029 -0,85% RUB 0,0260 +0,38%

Şehiç məsuliyyətdən qaçdı – “Mənim günahım deyil”

Şehiç məsuliyyətdən qaçdı – “Mənim günahım deyil”

Qarabağ”ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransa “Monako”suna qarşı keçirdikləri oyundan danışıb.

Publika.az xəbər verir ki, ona buraxdığı qola görə məsuliyyət daşıyıb-daşımadığı soruşulduqda isə həmin epizoda görə günahının olmadığını bildirib:

"Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə "Monako" çox yaxşı pressinq tətbiq etməyə başladı. Bu gün bizim bəxtimiz gətirmədi. Qələbə qazanmalı idik. Amma buraxılan qolda mənim günahım yoxdur”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin dördüncü turunda baş tutan "Qarabağ" - "Monako" qarşılaşması heç-heçə - 1:1 başa çatıb.

Aygün

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>