“Qarabağ” da, “Qəbələ” də UEFA reytinqində irəlilədi
Bizi izləyin

İdman

“Qarabağ” da, “Qəbələ” də UEFA reytinqində irəlilədi

UEFA Avrokubokların qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra klubların reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, cədvəldə Azərbaycanın 7 klubu da yer alıb.

Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Dünən Avroliqada “Monako” ilə 1:1 hesablı heç-heçə edən ağdamlıların hesabındakı xal 13,4250-ə çatıb. Nəticədə 8 pillə irəliləyən Qurban Qurbanovun yetirmələri 127-ci yerə yüksəlib.

9,6750 xalı olan “Neftçi” mövqeyini 1 pillə itirib. Bakılılar artıq Avropanın 164-cüsüdü. 2 addım irəliləyən “İnter” 5,4250 xalla 247-cidir.

Avrokuboklarda mübarizəni davam etdirən digər komandamız “Qəbələ” Avropa Liqasında “Borussiya” (Dortmund, Almaniya) ilə oyunda 0:4 hesabı ilə uduzsa da, 1 pillə yüksəlib. 5,1750 xala malik “Qırmızı-qaralar” 253-cü yerdə qərarlaşıb.

Digər klublarımızdan “Xəzər Lənkəran” (4,4250) 283-cü, “Bakı” ilə AZAL (hər ikisi 3,1750) 333-cüdür.

Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən “Borussiya” (Dortmund) 98,2640 xalla 7-ci, “Tottenhem” (65,8310) 24-cü, “Anderlext” (45,2800) 38-ci, “Monako” (35,6490) 55-cı, PAOK (34,3200) 58-ci, “Krasnodar” (19,7360) 94-cü pillədədir.

Siyahıya 156,2280 xala malik “Real” (Madrid) başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm