FHN-in İdman-sağlamlıq klubu güləş üzrə çempionat keçirib
Bizi izləyin

İdman

FHN-in İdman-sağlamlıq klubu güləş üzrə çempionat keçirib

5-6 noyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə qurumlar arasında sərbəst güləş üzrə çempionat keçirilib.

Publika.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışlarda nazirliyin 16 qurumunun 100-dək idmançısı mübarizə aparıb.

Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilib. Yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib. Gərgin idman şəraitində keçən yarışda aşağıdakı nəticələr qeydə alınıb:

57 kq

I yer-Haqverdiyev Alik (MMQ)

II yer-Salahov Nurlan (FHN-in Akademiyası)

III yer-Nəbiyev Tural (DYMX)

III yer-Səmədli Sirus (XRXX)

61 kq

I yer-Süleymanov Cəlal (XRXX)

II yer-Nəbiyev Tural (DYMX)

III yer-Məmmədov Əfqan (DSXX)

III yer-Qəmbərli Zaman (DYMX)

65 kq

I yer-Sövdümzadə Namiq (İSK)

II yer-Babayev Füzuli (DYMX)

III yer-Əzimli Bəybala (MMQ)

III yer-Qüdrətov Mirmövsüm (MMQ)

70 kq

I yer-Umayev Tural (XRXX)

II yer-Məmmədov Fariz (DYMX)

III yer-Babayev Vüqar (DSXX)

III yer-Cabbarov Saqif (FHN-nin Akademiyası)

74 kq

I yer-Qəmbərov Elmir (XRXX)

II yer-Qasımov Elman (DYMX)

III yer-Rəhimov Anar (DSXX)

III yer-Tağıyev Elvin (DYMX)

86 kq

I yer-İsmayılov Sübhan (XRXX)

II yer-Fərzullayev Pərviz (Cənub RM)

III yer-Nuriyev Elburus (DSXX)

III yer-Abbaslı Abbas (DYMX)

97 kq

I yer-Eldarov Əsgər (XRXX)

II yer-Məcidov Məhərrəm (DYMX)

III yer-Hüseynov Səbuhi (XRXX)

III yer-Paşayev Əlisgəndər (DYMX)

125 kq

I yer-Hümbətov Səbuhi (XRXX)

II yer-Mirzəliyev Əfqan (DYMX)

III yer-Qəhrəmanov Elçin (QRM)

III yer-İsgəndərov Ruhi (DYMX)

Komanda hesabında isə 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidməti, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti, 3-cü yerə Mülkü Müdafiə Qoşunlarının komandaları çıxıb.

Daha sona çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibləri təbrik edib, bildirib ki, sərbəst güləş üzrə çempionat 6-ci dəfədir keçirilir və növbəti illərdə davamı gözlənilir.

Sonda Füzuli Musayev və Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, çempionatda qonaq qismində Güləş Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, tanınmış idmançılar iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm