At yarışını ilk dəfə qadın jokey qazandı – FOTO
Bizi izləyin

İdman

At yarışını ilk dəfə qadın jokey qazandı – FOTO

Avstraliyanın Melburn şəhərində 155 ildir keçirilən at yarışını qadın jokey qazanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın ən böyük və qədim müsabiqəsi sayılan at yarışları tarixində Mişel Payne birincilik kürsüsünə qalxan ilk qadın jokeydir. O, yarışda "Prince Of Penzance" adlı atla iştirak edərək 600 min dollar pul mükafatı qazanıb.

Qələbənin ardından duyğularını dilə gətirən Payne 5 yaşından etibarən yarışlarda qalib gəlmək ümidi ilə yaşadığını bildirib. O, "Xəyallarım gerçəkləşdi. Qalib gəlməklə qadınların da hər sahədə uğur qazana biləcəyini göstərdim” söyləyib.

Xatırladaq ki, ölkə və dünya miqyasında maraqla gözlənilən, həmçinin 155 ildir keçirilən müsabiqə üçün Melburn şəhərində rəsmi tətil günü elan edilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm