“Borussiya” elə “Borussiya”dır”
Bizi izləyin

İdman

“Borussiya” elə “Borussiya”dır”

“Çətin oyun oldu. Demək olar ki, 90 dəqiqə ərzində “Borussiya”nın qapısına dəqiq zərbə endirə bilmədik”.


Publika.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin aparıcı üzvü Sergey Zenyov Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Dortmund "Borussiya"sına uduzduqları oyunu şərh edərkən deyib.

Estoniya millisinin üzvü rəqibin gücünü qabardıb: “Baş məşqçimiz bildirirdi ki, biz meydana 3 müdafiəçi ilə çıxmışıq. Çünki hücuma keçən də hər iki cinah futbolçusu irəli atılırdı. Bu düzülüşün nə dərəcədə düzgün olduğunu baş məşqçimiz daha yaxşı bilir. “Borussiya”nın gücünü onsuz da bilirdik. Yenə də yaxşı nəticədə ümid edirdik. Lakin meydanda gördük ki, “Borussiya” elə “Borussiya”dır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm