İdman
Güləşçilərimiz birinci dövrədə qələbə qazanıb
Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri davam edir. Turnirdə hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları mübarizə aparır.
Yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib. Sərbəst güləşçilərimiz Belarus və Polşa, yunan-Roma güləşçilərimiz isə Türkiyə və Belarus ilə “B” qrupunda mübarizə aparır.
Sərbəst güləş Azərbaycan yığması məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətində Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi - 130 kq) mübarizə aparır.
“B” qrupunda mübarizə aparan yunan-Roma güləşçilərimiz 1-ci dövrədə Belarus yığması ilə görüşüb və qarşılaşma 5:3 hesabı ilə Azərbaycan pəhləvanlarının xeyrinə başa çatıb.
Yarışlar Lujniki Olimpiya Kompleksində və “Drujba” Universal İdman Zalında keçirilir.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı