Avropa çempionatının seçmə mərhələsi başlayıb
Bizi izləyin

İdman

Avropa çempionatının seçmə mərhələsi başlayıb

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yer aldığı AÇ-2016-nın 5-ci seçmə qrupunda mübarizəyə start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Ukrayna, Bosniya və Herseqovina yığmalarının çıxış edəcəyi qrupun bütün oyunları Bakıda keçiriləcək.

Baş məşqçi Nazim Süleymanovun komandası ilk turda Ukrayna ilə qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək qarşılaşmanın baş hakimi norveçli Tore Hansen olacaq. Günün ilk görüşündə isə Türkiyə ilə Bosniya və Herseqovina milliləri qarşılaşacaq. U-19 növbəti oyununu noyabrın 12-də Türkiyəyə qarşı keçirəcək. 3 gün sonra isə rəqib Bosniya və Herseqovina millisi olacaq.

Qrupdakı görüşlərdən 5-i "Bayıl Arena"da, sonuncu turun Ukrayna - Türkiyə qarşılaşması isə "Dalğa Arena"da baş tutacaq.

AÇ-2016, 5-ci qrup, 1-ci tur

14:00 Türkiyə (U-19) - Bosniya və Herseqovina (U-19)

Baş hakim: Nikolas Raynviy (Fransa)

“Bayıl Arena” stadionu

18:00 Ukrayna (U-19) - Azərbaycan (U-19)

Baş hakim: Tore Hansen (Norveç)

“Bayıl Arena” stadionu

Qeyd edək ki, reqlamentə əsasən, 13 qrupda ilk 2 yerin sahibi və ən yaxşı göstəriciyə malik 3-cü komanda elit-raunda vəsiqə qazanacaq. Növbəti mərhələdə isə ən yüksək reytinqə malik İspaniyanın da iştirakı ilə 28 komandadan ibarət qrup oyunları keçiriləcək. Qrup qalibləri təşkilatçı ölkə Almaniyanın da iştirak edəcəyi və 11 - 24 iyul 2016-cı ildə keçiriləcək final mərhələsinə yüksələcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm