Rusiyaya dopinq şoku - Olimpiadaya buraxılmayacaqlar...
Bizi izləyin

İdman

Rusiyaya dopinq şoku - Olimpiadaya buraxılmayacaqlar...

Rusiya idmançıları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarına buraxılmaya bilər.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Antidopinq Agentliyinin rəhbəri Riçard Paund məlumat verib. O, bildirib ki, ruslar yeni şərtlər altında işləmək istəməsələr, onlar diskvalifikasiya olunacaqlar:

"2016-cı ildə keçiriləcək Olimpiadaya gəlincə, Rusiya idmançılarının diskvalifikasiya olunması məsələsinə baxırıq. Biz ümid edirik ki, rusiyalı idmançılar yeni şərtlərlə işləyəcəklər. Əks halda onlar Rioda olmayacaqlar".

Bir müddət əvvəl WADA rusiyalı idmançıların beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırılmasının vacib olduğunu bildirmişdi. WADA-nın araşdırmasında Rusiyanın idman naziri Vitali Mutko da ittiham olunur. Agentlik bildirir ki, bəzi idmançıların dopinq-testləri ilə bağlı manipulyasiyalar məhz Mutkonun göstərişiylə baş verib.

Təşkilatın hesabatında bildirilir ki, Moskva Antidopinq Agentliyinin rəhbəri Qriqori Radçenkov da 1417 dopinq-testi məhv edib. Özü də məhv edilən dopinq-testlər təkcə yungül atletikaya yox, digər idman növlərinə də aiddir. Dopinq-testlər 2014-cü ilin dekabr ayında məhv edilib.

Beynəlxalq Yüngül Atletika Federasiyasının prezidenti (İAAF) Sebastyan Koe də vəziyyət ciddi olduğunu təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm