Agent: “Onun ağlında nə var, bilmirəm”
Bizi izləyin

İdman

Agent: “Onun ağlında nə var, bilmirəm”

Xosep Qvardiolanın “Bavariya” ilə müqaviləni uzadıb-uzatmayacağı hələ də hər kəsin maraq dairəsindədir.

Publika.az xəbər verir ki, Pep gələcək planlarını tam olaraq gizli saxlayır. O hətta agenti ilə də bu mövzunu müzakirə etmir. Elə agent Xosep Mariya Orobitq də mətbuata açıqlamasında Pepin planlarından xəbərsiz olduğunu deyib:

"Münhendə Qvardiola hər şeydən razıdır. Onun ailəsi də burda özünü rahat hiss edir. Getdikcə "Bavariya" daha çox Qvardiolanın komandasına çevrilir. Ancaq qərar yenə də onun özünə məxsusdur. Hətta mən də bilmirəm ki, onun ağlında nə var. Son günlər onunla söhbət etmişik. Ancaq bu mövzu onun üçün delikatdır. Qərarı o verəcək. Onun ətrafındakılar isə bu qərarı qəbul edəcəklər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm