Güləşçilər arasında dava: azərbaycanlı belarusu əzişdirdi... – VİDEO
Bizi izləyin

İdman

Güləşçilər arasında dava: azərbaycanlı belarusu əzişdirdi... – VİDEO

Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla belaruslu pəhləvan İvan Yankovskiy arasında yarış zamanı dava düşüb.

Publika.az xəbər verir ki, iki idmançının güləşi zamanı yaranan davanın görüntüləri də yayılıb. Mübahisə A.Maqomedabirovun rəqibindən 4:3 hesabı ilə öndə olduğu zaman baş verib.

Qeyd edək ki, 125 kq çəki dərəcəsində mübarizə aparan güləşçilər gözlənilmədən bir-birlərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin qısa müddət ərzində məşqçilər heyəti araya girib və davanın böyüməsinin qarşısı alınıb.

Günahın Belarus idmançıda olmasına baxmayaraq, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.

Xatırladaq ki, Azərbaycan Belarus yığması ilə qrup mərhələsində üz-üzə gəlib və 6:1 hesablı qələbə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm