Klub prezidentinin şok görüntüləri yayıldı - FOTO
Bizi izləyin

İdman

Klub prezidentinin şok görüntüləri yayıldı - FOTO

“Yuventus”un prezidenti Andrea Anyelli diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, İtaliya mətbuatında “Qoca sinyora”nın gənc prezidentinin türkiyəli maniken Dəniz Akalınla fotoları yayılıb. Klub prezidenti manikenlə dodaq-dodağa öpüşərkən, fotokameraların obyektivinə tuş gəlib. Evli və iki uşaq atası olan Anyellinin bu hərəkəti İtaliyada geniş əks-səda doğurub.

Sevimli komandalarının İtaliya A seriyasında özünə yaraşmayan 8-ci pillədə qərarlaşmasından onsuz da narazı olan “Qoca sinyora”nın fanatları, sosial şəbəkələrdə prezidentin hərəkətini kəskin tənqid ediblər. Fanatlardan bəziləri hətta Anyellinin türkiyəli manikendən ayrılmasını da tələb ediblər.

İtaliya mətbuatı isə klub prezidentinin bu hərəkətinə onun həyat yoldaşı Emma Vinter Anyellinin nə reaksiya verəcəyini maraqla gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm