Türkiyəli basketbolçunun cəsədi maşınında tapıldı
Bizi izləyin

İdman

Türkiyəli basketbolçunun cəsədi maşınında tapıldı

ABŞ əsilli türkiyəli basketbolçu Əli Qaradəniz Nyu-Yorkda ölü tapılıb.

Publika.az xəbər verir ki, 35 yaşlı basketbolçunun cəsədi hərəkətsiz avtomobildə aşkarlanıb.

2010-cu ildə Türkiyə vətəndaşlığını qəbul etmiş basketbolçu avtomobilin arxa oturacağında başı yarılmış halda olub. Bir neçə gün öncə yoxa çıxan idmançının axtarışına noyabrın 5-dən başlanılıb. Buna səbəb Ə.Qaradənizin itkin düşməsi ilə bağlı məlumatın polisə həmin tarixdə verilməsidir.

Qeyd edək ki, Türkiyə vətəndaşlığını qəbul etmədən öncə adı Maykl Rayt olan basketbolçu karyerası ərzində Türkiyə, İspaniya, İsrail, Almaniya, Fransa və Cənubi Koreya çempionatında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm