Bu gün dünya derbisi var
Bizi izləyin

İdman

Bu gün dünya derbisi var

Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir sıra yoldaşlıq və rsəmi oyunlar keçiriləcək.

Aut.az xəbər verir ki, AÇ-2016-nın pley-off mərhələsində keçiriləcək bir oyunla yanaşı, Cənubi Amerikada da DÇ-2018-in seçmə mərhələ oyunları olacaq. Bütün dünyanın diqqəti isə təbii ki, dünya derbisində olacaq.

İlk iki turda qələbə qazana bilməyən Argentina millisi Braziliyayla qarşılaşacaq. Komandanın əsas futbolçusu Lionel Messinin yoxluğu “Səma-mavilər” üçün əsas itkidir.

Digər oyunlardan Ekvador – Uruqvay duelini də qeyd etmək olar. Turnir cədvəlinə başçılıq edən bu komandaların oyunu da maraqla gözlənilir.

DÇ-2018. Seçmə mərhələ

Cənubi Amerika zonası

12 noyabr

00:00 Boliviya - Venesuela

01:00 Ekvador - Uruqvay

03:30 Çili - Kolumbiya

04:00 Argentina - Braziliya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm