Macarıstan Norveçi çətin vəziyyətə saldı - VİDEO
Bizi izləyin

İdman

Macarıstan Norveçi çətin vəziyyətə saldı - VİDEO

AÇ-2016-nın seçmə mərhələsinin pley-off oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk pley-off oyununda millimizin də yer aldığı H qrupunu 3-cü pillədə tamamlayan Norveç yığması F qrupunun 3-cüsü Macarıstanı qəbul edib. Oyunun 26-cı dəqiqəsində Klaynheslerin vurduğu qolla hesabda önə keçən macarlar, matçın sonuna kimi bu hesabı qoruyub saxlaya biliblər. Bununla da, Macarıstan millisi final mərhələsinə vəsiqə baxımından irəliyə doğru böyük addım atıblar.

Bu komandalar arasında cavab oyunu noyabrın 15-də, Macarıstanda baş tutacaq.

Pley-off mərhələsinin oyunlarından biri noyabrın 13-də, digər ikisi isə noyabrın 14-də keçiriləcək.

AÇ-2016 seçmə mərhələsi, pley-off

12 noyabr

23:45 Norveç - Macarıstan 0:1

Klaynhesler, 26.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm