Löv: "Hamımız şokdayıq"
Bizi izləyin

İdman

Löv: "Hamımız şokdayıq"

Almaniya millisinin baş məşqçisi Yoahim Löv dünən Fransa ilə keçirilən yoxlama görüşü zamanı baş verən terror hadisəsi ilə bağlı fikirlərini bildirib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis baş verənlərin onları şoka saldığını deyib:

"Baş verənlər haqda paltardəyişmə otağında məlumat aldıq. Hamımız şokda idik və bizə veriləcək təlimatı gözləyirdik. Şəxsən mənim üçün belə vəziyyətdə oyunun nəticə heç bir heç bir əhəmiyyət kəsb etmir".

Qeyd edək ki, dünən keçirilən Fransa - Almaniya oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçın gedişində "Stad de Frans" stadionunun qarşısında baş verən terror hadisəsi zamanı 40 nəfərə yaxın adamın öldüyü, 100 nəfərin isə girov götürüldüyü bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm