Azərbaycan – Rusiya matçının hakimləri müəyyənləşdi
Bizi izləyin

İdman

Azərbaycan – Rusiya matçının hakimləri müəyyənləşdi

"Avro-2017"nin seçmə mərhələsində noyabrın 17-də keçiriləcək Azərbaycan - Rusiya matçının hakimləri müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda baş tutacaq oyun israilli hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Eytan Şmuelevitz olacaq. Ona həmyerliləri Nissan Davidi və Roy Hassan köməklik edəcək. Ziv Adler isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək Azərbaycan - Rusiya oyunu saat 17:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm