• USD 1,7000 0,00% EUR 2,0246 +0,54%
    • GBP 2,2714 +0,25% RUB 0,0225 +0,44%

Onlara lazım olmayanı bizə verəcəklər...

  • İdman
  • 16 Noyabr 2015 14:52
  • 690 Baxış
Onlara lazım olmayanı bizə verəcəklər...

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan millisində oynamaq üçün iki futbolçusuna edilən təklifi qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

"Trabzonspor"un gənc futbolçularla iş üzrə təmsilçisi Sadi Tekelioğlu bildirib ki, AFFA-nın baş katibi Elxan Məmmədov ona zəng edərək, bu klubun U-17 komandasında çıxış edən Doğukan Öksüz və Murat Cem Akpınarın Azərbaycan yığmasında çıxış etməsinə icazə vermələrini xahiş edib.

Tekelioğlu AFFA-nın bu oyunçulara lazım olan dəyəri verəcəyini və onların daha da inkişaf edəcəyini nəzərə alaraq, təklifi müsbət cavablandırıb. Amma klub rəsmisi belə bir halla ilk dəfə rastlaşdığını deyərək, təəccübünü gizlətməyib:

"Bizim U-17 komandamız Türkiyə çempionudu. Türkiyə millisində hər dönəmdə bu kateqoriyadan 4-5 futbolçumuz təmsil olunur. AFFA bu oyunçuların milli komandamızda yer ala bilməyəcəyini dəqiqləşdirib. Zəng edərkən, "icazə versəniz, U-17 komandanızdan bir neçə futbolçunu Azərbaycan yığmasında görmək istəyirik" dedilər. Həqiqətən çox doğru seçim ediblər. Ahmet Hakan Sevinç, Doğukan, Ebrar və Murat Cemin adını çəkdilər. Abdülkadir, Cafer və Abdullahın Türkiyə millisində oynadığını, gedə bilməyəcəyini bilirmişlər. Türkiyə millisini çalışdıranlar bəlkə də bir komandadan 6 oyunçunun heyətdə olmasını qəbul etmək istəmədilər. Nəticədə, bu uşaqlar Türkiyə millisində oynamaq şansı qazanmayınca, boşa çıxdılar. Mənim azərbaycanlıların təklifinə müsbət baxmağımın yeganə səbəbi komandamızı yaxşı tanımalarıdı. Bizim yaxşı komandamız var. Amma onların önə çıxan oyunçuları tək-tək, nöqtə olaraq kəşf etmələrini görüncə, çox təəccübləndim.

Uşaqların və ailələrinin də fikirlərini öyrəndikdən sonra qərar verdik. Bu oyunçuların ardından davamının da olacağını düşünürəm. Azərbaycan futbolu da inkişafdadı. Türkiyə millisi istəməyəcəyi halda, üzdə olan futbolçularımızı göndərib, orda oynadacağıq. Bu yaşda milliyətçilik duyğuları həssasdı, bəziləri qəbul etməyə bilər. Amma Azərbaycan olduğu üçün bir problem olmaz".

Azərbaycan millisinə dəvət alan futbolçuları artıq Bakıya göndərdiklərini deyən Tekelioğlu, onlarda diqqətçəkən inkişafın olduğunu da söyləyib:

"Murat və Doğukanın özünə inamı artır. Başqa bir ölkənin milli komandasına seçilmək, orda olmaq onlara inam verir. Özlərinə qapalı oyunçular idilər, amma artıq bunu üzərlərindən atıblar. Bunun davamını görmək istəyirik. Bəzən burdakı matçları Azərbaycan millisinin oyunları səbəbindən buraxa bilərlər. Ancaq olsun, bu çatışmazlığı aradan qaldırmaq mümkündü. Beynəlxalq turnirlərdə özlərini göstərmələri vacibdi. Azərbaycanın futbol federasiyasının onlara münasibəti çox yaxşıdı. Oyunçular da komandadan razıdırlar. Yenə futbolçu istəsələr, verəcəyik. "Trabzonspor"lu futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi naminə bunu edəcəyik".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR