Ronaldonu tanınmaz hala saldılar - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldonu tanınmaz hala saldılar - FOTOLAR

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

Kriştiano Ronaldo - Məni elə hala salıblar ki, heyrətdən gözlərim də bərəlib.

Devid Bekhem - Təkcə Antarktidada futbol oynamamışdım.

Neymar - Karnavala hazırlaşıram.

Con Terri - Ən böyük oyun xeyriyyə oyunudur.

ESPN - Ronda Rouzi üçün ağır gecə.

Danile Norris - Növbəti mövsümə hazırlıq.

Bruklin Bekhem - Həyatın bir anı. Nəsillərin dəyişikiyi.

Arsenal - Peter Çexlə Arsen Vengerin yumruq döyüşü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm