• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

“EURO 2016” harada keçiriləcək? - UEFA-dan AÇIQLAMA

  • İdman
  • 17 Noyabr 2015 08:55
  • 1 022 Baxış
“EURO 2016” harada keçiriləcək? - UEFA-dan AÇIQLAMA

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Fransanın paytaxtı Parisdə noyabrın 13-də həyata keçirilən terror aktlarından sonra gəzən söz-söhbətlərə son qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu Parisdəki hücumlar sonrası bir dəyişiklik olmadığını, 2016-cı ildə Avropa çempionatının Fransada təşkil ediləcəyini açıqlayıb.

UEFA-nın açıqlamasına görə, “EURO 2016” planlaşdırılan tarixdə və planlaşdırılan şəhərlərdə keçiriləcək. Proqramda hər hansı bir dəyişikliyin olmayacağı bildirilib.

Qeyd edək ki, Parisdəki terror hücumlarından sonra çempionata ev sahibliyi hüququnun başqa ölkəyə verilməsi ehtimalı yaranmışdı.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR