• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Qalan iki vəsiqənin sahibi kim olacaq?

  • İdman
  • 17 Noyabr 2015 12:02
  • 676 Baxış
Qalan iki vəsiqənin sahibi kim olacaq?

Bu gecə futbol üzrə AÇ-2016-nın bütün iştirakçılarının adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, pley-offda mübarizə aparan 4 komandadan 2-si Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Ukrayna millisi Sloveniyanın qonağı olacaq. Bu görüşdə qonaqlar üstünlüyə malikdir. Lvovda keçirilmiş ilk oyunda rəqib qapısından 2 cavabsız top keçirən Ukrayna yığması cütün favoriti hesab olunur. Ukrayna seçmə mərhələnin C qrupunda İspaniya və Slovakiyadan sonra 3-cü olub. Sloveniya isə E qrupunda İngiltərə və İsveçrədən sonra qərarlaşaraq pley-offa yüksəlib. Mariborda keçiriləcək qarşılaşmanı türkiyəli FİFA referisi Cüneyt Çakır idarə edəcək.

Digər görüşdə isə Danimarka İsveçi qəbul edəcək. Kopenhagendə keçiriləcək qarşılaşmaya qonaqlar üstün tərəf kimi başlayacaq. Buna səbəb İsveçin doğma meydanda 2:1 hesablı qələbə qazanmasıdır. Lakin bu hesab "sürüşkən" olduğundan demək olar ki, hər iki komandanın növbəti mərhələ şansları eynidir. Seçmə mərhələnin G qrupunda Avstriya və Rusiya millisindən geri qalan İsveçlə İ qrupunda Portuqaliya və Albaniyadan zəif olan Danimarkanın görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

AÇ-2016. Pley-off, cavab oyunları

17 noyabr

23:45 Sloveniya – Ukrayna (İlk oyun - 0:2)

Baş hakim: Cüneyt Çakır

Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun.

Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek

Dördüncü hakim: Mustafa Eyisoy (hamısı Türkiyə)

Maribor. Lyudski stadionu

23:45 Danimarka – İsveç (1:2)

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Maykl Mullarkey, Stefen Çayld

Əlavə köməkçi hakimlər: Antoni Taylor, Andre Marriner

Dördüncü hakim: Con Bruks (hamısı İngiltərə)

Kopenhagen. Telya Parken.

Qeyd edək ki, bundan əvvəl Macarıstan və İrlandiya yığmaları pley-off mərhələsindən qalib ayrılaraq Parisə vəsiqə qazanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR