Almaniya təlaş içində: ölkədə terror təhlükəsi - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

İdman

Almaniya təlaş içində: ölkədə terror təhlükəsi - VİDEO (YENİLƏNİB)

Verilən son məlumatlara görə, polis Hannover stadionun yaxınlığındakı maşınlardan birində bomba aşkar edib.

Bu haqda ilkin məlumatı “Doyç Vell Sport” yayıb. Məlumatda bombanın təcili yardım maşınında tapıldığı deyilir.

"Röyter" agentliyinin yaydığı məlumata görə, artıq Hannover şəhərinin vağzalı polis tərəfindən bağlanılıb.

23:33

Almaniya və Hollandiya arasında bu gün keçirilməli olan oyun təxirə salınıb.

Axar.az alman mediasına istinadən xəbər verir ki, matçın təxirə salınma səbəbi təhlükəsizliklə bağlı olub. Belə ki, Hannover şəhərində oyunun keçiriləcəyi stadiona bomba yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Stadionda olan azarkeşlər təcili olaraq evakuasiya edilib.

Qarşılaşmanın keçirilmə vaxtı ilə bağlı informasiya verilməyib.

Hadisə ilə bağlə təfərrüatın yayılacağı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm