5 ölkənin atletləri olimpiadadan kənarlaşdırıldı
Bizi izləyin

İdman

5 ölkənin atletləri olimpiadadan kənarlaşdırıldı

Bolqarıstanın ağırlıqqaldırma üzrə milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara bolqarıstanlı atletlər tərəfindən antidopinq qaydalarının kütləvi pozuntusu səbəb olub. Martda ölkənin 8 kişi və 3 qadın ağırlıqqaldıranının A probunda stanozolol anabolik steroidi aşkarlanıb.

Bundan başqa, IWF qarşıdakı olimpiadada Tacikistan, Honduras, Qvatemala, Panama və Syerra-Leone atletlərinin iştirakına icazə verməyib. Səbəb kimi bu ölkələrin idmançılarının öz yerləri barədə antidopinq xidməti əməkdaşlarını məlumatlandırmamaları göstərilib.

Qeyd edək ki, bu gün ABŞ-ın Hyuston şəhərində start götürəcək dünya çempionatında Azərbaycanı əslən bolqarıstanlı 3 ağırlıqqaldıran - Silviya Angelova (48 kq), Boyanka Kostova (63 kq) və Valentin Xristov (62 kq) təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm