Cüdoçularımızı çətin sınaq gözləyir
Bizi izləyin

İdman

Cüdoçularımızı çətin sınaq gözləyir

Noyabrın 20-də Çinin Qingdao şəhərində cüdo üzrə daha bir beynəlxalq turnir start götürəcək.

Publika.az-ın məlumatına görə, Çində baş tutacaq Qran-pri turnirində mübarizə aparacaq Azərbaycan cüdoçularının ilk rəqibləri artıq bəlli olub. Belə ki, Orxan Səfərov (60 kq) Ernan Birbrier (Argentina) - Yu Şanq (Çin) cütünün qalibi, İlqar Müşkiyev (60 kq) Yanislav Qerçev (Bolqarıstan), Nicat Şıxəlizadə (66 kq) Sergey Lim (Qazaxıstan) - Barqetel Batçeçeq (Monqolustan) cütünün qalibi, Rüstəm Orucov (73 kq) Kioşi Uemaçu (İspaniya), Əbdülhəqq Rəsullu (81 kq) Şahzod Sobirov (Özbəkistan), Hüseyn Rəhimli (81 kq) Xyu-Yunq Li (Koreya Respublikası), Məhəmmədəli Mehdiyev (90 kq) Aaron Hildebrand (Almaniya), Ramin Qurbanov (90 kq) Timur Bolat (Qazaxıstan) - Ksyun Jao Çenq (Çin) cütünün qalibi, Elmar Qasımov (100 kq) Ryutaro Qoto (Yaponiya),

Elxan Məmmədov (100 kq) Mikloş Çirjeniç (Macarıstan) - Hektor Kampos (Argentina) cütünün qalibi, Uşanqi Kokauri (100 kq-dan yuxarı) isə Maqomed Najmudinov (Rusiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, noyabrın 22-də yekun vurulacaq turnirə 66 ölkədən 422 cüdoçu qatılacaq. Onların 270-i kişi, 152-si isə qadın atletidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm