Oxşar ayrılığın ciddi fərqi - "Kişi sözü"
Bizi izləyin

İdman

Oxşar ayrılığın ciddi fərqi - "Kişi sözü"

Oxşar ayrılığın ciddi fərqi

Vaqif Sadıqov AZAL-dan istefa verəndən sonra mətbuata bildirmişdi ki, komandadan qarşılıqlı razılıq əsasında ayrılıb.

Mütəxəssis onu da demişdi ki, klubdan kompensasiya tələb edəcək. Sadıqovun bu açıqlamasına klub rəhbərliyinin reaksiyası özünü çox gözlətmədi. AZAL rəhbərliyi Vaqif Sadıqovu məsxərəyə qoyacaq açıqlama ilə onun cavabını verdi: “Qarşılıqlı razılıq əsasında klubdan ayrılan adamın haqqı nədir ki, bizdən kompensasiya tələb etsin”.

Bu hələ işin bir tərəfidi. Sonradan məlum oldu ki, AZAL-dan kompensasiya tələb edən Sadıqovun klubla heç müqaviləsi də yoxmuş. Elə - belə, “kişi sözü” əsasında işləyirmiş. Peşəkar müqaviləyə qol çəkməyən məşqçiyə indi bəyan olur ki, Azərbaycan futbolunda “kişi sözü”nə kompensasiya düşmür.

Vaqif Sadıqovun AZAL-dan ayrılmasından 2 gün sonra Valeri Karpin də “Spartak”dan istefa verdi. Rusiya mətbuatı bəyan etdi ki, klub rəhbərliyi Karpinlə yolları qarşılıqlı razılıq əsasında ayırıb. Eynən AZAL-la Vaqif Sadıqov ayrıldığı kimi.

Ancaq bu 2 oxşar ayrılıqda fərq var, özü də ciddi fərq. Məsələ burasındadır ki, Valeri Karpinin müqaviləsi bu ilin yayında başa çatırdı. Cəmisi 3 ay sonra müqaviləsi başa çatan məşqçi klubdan 1 milyon avro kompensasiya alacaq. Özü də Karpin tələb-zad irəli sürmədən, klub rəhəbrliyi özü bəyan edib bunu. Qarşılıqlı razılıqla ayrılmaq belə olur. Qarşılıqlı razılıqla ayrılmanın kökündə həm də peşəkr amillər dayanır. Karpin “Spartak”da işə başalayarkən “kişi sözü”nə güvənməmişdi. Peşəkar müqavilə bağlamışdı. Ruslarda peşəkar müqavilə elə “kişi sözü”dü. Təkcə ruslardamı? Azərbaycana glən əcnəbi məşqçilər də “kişi sözü”nü yaxın buraxmırlar. “Kişi sözü” - müqavilə tələb edirlər.

Azərbaycanlı məşqçilər isə “kişi sözü”nün əsiri olublar. Peşəkarlığı isə əsir ediblər. Elə ona görə də hər dəfə onlara “kişi sözü” verən klub rəhbərləri urvatsız duruma salırlar azərbaycanlı məşqçiləri. Peşəkar olun, cənablar. Peşəkarlıq özünə hörmət əlamətidi. Özünüzə hörmət edin ki, sizə də hörmət etsinlər. “Kişi sözü”nə inanmayın, “kişi sözü”-müqavilə tələb edin!

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm