Ulduzların biabırçı fiqurları – FOTOLAR
Bizi izləyin

İdman

Ulduzların biabırçı fiqurları – FOTOLAR

Ulduz futbolçular bu dəfə ictimaiyyətə gülüş doğuracaq formada təqdim olunub.

Publika.az xəbər verir ki, “Barselona”nın MSN-i - Messi, Neymar, Suares və “Real Madrid”in forvardı Ronaldo kimi ulduzların keramikadan hazırlanmış fiqurları nümayiş etdirilib.

Bu fiqurlarda adıçəkilən ulduzlar təbii ehtiyacını ödəyərkən görüntülənib.

Kataloniyada belə heykəlcikərin hazırlanması uzun illərdir ki, ənənə halını alıb. Belə ki, bu fiqurlar Kataloniyada Milad bayramlarında 18-ci əsrdən başlayaraq hər il hazırlanır.

Keramikadan hazırlanmış fiqurları alanlar inanırlar ki, növbəti ildə evlərinə ümid, uğur və firavanlıq gələcək. Buna görə də insanlar belə heykəlcikləri alıb evlərinin xüsusi bir guşəsinə saxlayırlar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm