"Neftçi”nin yerli oyunçularının böyük potensialı var”
Bizi izləyin

İdman

"Neftçi”nin yerli oyunçularının böyük potensialı var”

“Neftçi”nin yerli oyunçularının böyük potensialı var.

Publika.az-ın məlumatına görə, bunu Premyer Liqanın 13-cü turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan (0:2) paytaxt təmsilçisini çalışdıran Əsgər Abdullayev deyib.

Ə.Abdullayev oyunun çətin olacağını bildiyini qeyd edib: “Neftçi” və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən görüşlər həmişə gərgin alınır. Futbolçulara verilən tapşırıqları yerinə yetirdiklərinə görə təşəkkür edirəm. Komandamızda psixoloji durum yaxşı deyildi. Oyundan öncə futbolçularla görüşdüm, söhbət elədik, sistemi dəyişdim və bütün bunların nəticəsi müsbət oldu”.

Onun sözlərinə görə, “Neftçi”nin yerli oyunçuları böyük potensiala malikdirlər: “Futbolçularımın hər birinə güvənirəm. Amma daha yaxşı yerlərə oynamaq üçün yeni bir neçə oyunçuya ehtiyac var. Əgər futbolçu əsas heyətə düşə bilmirsə, əvəzedici heyətdə öz formasını qorumalıdır. Bu baxımdan Samir Əliyevin fikrinə hörmətlə yanaşıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm