Azərbaycanlı tələbədən böyük uğur
Bizi izləyin

İdman

Azərbaycanlı tələbədən böyük uğur

Azərbaycanlı güləşçi Ukraynada böyük uğura imza atıb.

Publika.az хəbər verir ki, həmyerlimiz Məhəmməd Namazov güləşin kempo növü üzrə Ukrayna kubokunda ikinci yeri tutub.

Hazırda bu ölkədə təhsil alan Məhəmməd Lvov şəhərində keçirilən yarışda kifayət qədər güclü rəqiblərlə mübarizədə finala qədər irəliləyib. Həlledici görüşədək rəqiblərinə yenilməyən Məhəmməd Namazov son döyüşdə şanssızlıqla üzləşib və gümüş medalla kifayətlənib.

1998-ci il təvəllüdlü Məhəmməd Namazov güləşin kempo növü üzrə Avropa və dünya çempionatının mükafatçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm