Hakimlər açıqlandı - Bu yunanlar bizdən əl çəkmir
Bizi izləyin

İdman

Hakimlər açıqlandı - Bu yunanlar bizdən əl çəkmir

Avropa Liqasında Azərbaycanı təmsil edən “Qəbələ” və “Qarabağ” bu həftə növbəti oyunlarını keçirəcək.

Publika.az xəbər verir ki, artıq qarşılaşmaları idarə edəcək hakimlər də bəllidir.

"Qəbələ"nin Yunanıstan PAOK-u ilə keçirəcəyi 5-ci tur matçını Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

"Qarabağ"ın İngiltərə "Tottenhem"i ilə matçı isə yunanıstanlı hakimlər briqadasına həvalə olunub.

Avropa Liqası. Qrup mərhələsi, 5-ci tur

26 noyabr

22:00 Qarabağ (Azərbaycan) - Tottenhem (İngiltərə)

Baş hakim: Anastasios Sdiropulos

Yan xətt hakimləri: Damians Eftimiadis, Polixronis Kostaras

Əlavə köməkçi hakimlər: Mixael Kukulakis, Stavros Tritsonis

Dördüncü hakim: Lazaros Dimitriadis (hamısı Yunanıstan)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

UEFA nümayəndəsi: Kristian Mutşler (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

00:05 PAOK (Yunanıstan) - Qəbələ (Azərbaycan)

Baş hakim: Yakob Kehlet

Yan xətt hakimləri: Henrik Larsen, Lars Riks.

Əlavə köməkçi hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyaesqaard-Andersen

Dördüncü hakim: Lars Hummelqaard (hamısı Danimarka)

Hakim-inspektor: Uilyam Yanq (Şotlandiya)

UEFA nümayəndəsi: Kris Belyon (Belçika)

Saloniki. Tumba Stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm